Yuxarı

Azərbaycanlı futbolçuların çıxış etdiyi kluba yeni baş məşqçi təyin olunub

Ervin Sançesi Migel Leal əvəzləyib

Bakı. 11 oktyabr. REPORT.AZ/ Portuqaliyanın "Boavişta" futbol komandasına yeni baş məşqçi təyin olunub. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Migel Lealdır.

51 yaşlı mütəxəssislə sonradan daha 1 il uzadıla bilməsi şərtilə cari mövsümün sonunadək müqavilə bağlanılıb. Leal yeni vəzifədə ötən gün istefaya göndərilmiş Ervin Sançesi əvəzləyib. Əvvəlki məşqçilər korpusundan Xorxe Koutu və Alfredo Kastro komandada qalıb. Yeni baş məşqçi isə özü ilə köməkçi qismində Alvaro Paçeko, Elias Nunyes və Pedro Valdemarı gətirib.

Qeyd edək ki, Migel Lealın son iş yeri "Moreyrense" olub. Leal 2014-cü ildən rəhbərlik etdiyi komandanı ötən mövsüm Portuqaliya çempionatının yüksək liqasında saxlamağa müvəffəq olub. "Boavişta"da Azərbaycan yığmasının 2 oyunçusu - qapıçı Kamran Ağayevlə yarımmüdafiəçi Emin Mahmudov çıxış edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi