Yuxarı

Azərbaycanlı futbolçu vurduğu qolu əsgər salamı ilə qeyd edib

Azərbaycanlı futbolçu vurduğu qolu əsgər salamı ilə qeyd edib

"Neftçi" klubunun əvəzedici komandasının futbolçusu Əlibəy Məmmədli I Divizionun VII turunda "Zaqatala"ya vurduğu qolu əsgər salamı ilə qeyd edib.

"Report"un məlumatına görə, bu, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilmiş oyunun 63-cü dəqiqəsində baş verib.

Qeyd edək ki, qarşılaşma "Zaqatala"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, Türkiyə millisinin futbolçuları AVRO-2020-nin seçmə mərhələsində Albaniyanı məğlub etdikləri (1:0) və Fransa ilə heç-heçə yekunlaşan (1:1) matçda vurduqları qollardan sonra əsgər salamı veriblər. UEFA həmin məsələyə görə Türkiyə yığmasına qarşı intizam işi açıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi