Azərbaycanlı futbolçu Türkiyə Kubokunda növbəti qolunu vurub

Azərbaycanlı futbolçu Türkiyə Kubokunda növbəti qolunu vurub Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycanlı futbolçu Nurlan Novruzovun çıxış etdiyi Dersim 62 Spor klubu Türkiyə Kubokunda daha bir mərhələ adlayıb.
Futbol
11 Sentyabr , 2018 18:21
Azərbaycanlı futbolçu Türkiyə Kubokunda növbəti qolunu vurub

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycanlı futbolçu Nurlan Novruzovun çıxış etdiyi "Dersim 62 Spor" klubu Türkiyə Kubokunda daha bir mərhələ adlayıb.

"Report" xəbər verir ki, komanda II tur çərçivəsində "Karaköprü Belediyespor"la üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.

Əlavə vaxtda rəqibini 3:2 hesabı ilə üstələyən "Dersim 62 Spor" növbəti mərhələyə vəsiqə qazanıb. Nurlan Novruzov matça start heyətdə başlayıb və komandasının ilk qoluna imza atıb. 25 yaşlı hücumçu 38-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Qeyd edək ki, Nurlan Novruzov Türkiyə Kubokunun ilk turunda "Karlıova Yıldırımspor"u 4:1 hesabı ilə məğlub etdikləri oyunda da 2 qol vurub. Ötən mövsüm "Səbail"in formasını geyinən forvard yay transfer pəncərəsində azad agent kimi Türkiyə klubuna keçib. 

Son xəbərlər

Orphus sistemi