Azərbaycanlı futbolçu Sloveniya klubunda ilk rəsmi oyununa çıxıb

Azərbaycanlı futbolçu Sloveniya klubunda ilk rəsmi oyununa çıxıb Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb
Futbol
7 Mart , 2016 00:17
Azərbaycanlı futbolçu Sloveniya klubunda ilk rəsmi oyununa çıxıb

Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycan yığmasının futbolçusu Samir Məsimov Sloveniyanın "Domjale" klubunun heyətində ilk rəsmi oyununa çıxıb. "Report"un məlumatına görə, 21 yaşlı hücumçu "Qoritsa" komandası ilə ev qarşılaşmasının 68-ci dəqiqəsində meydana daxil olub.

O, Slobodan Vuku əvəzləyib. Həmin vaxt hesab 1:1 olub. 50-ci dəqiqədə meydan sahiblərindən Matiç Çrniçin qoluna 9 dəqiqə sonra Yan Humar cavab verib. Qarşılaşma da elə bu hesabla yekunlaşıb.

Bu nəticədən sonra 24 oyuna 39 xalla 3-cü pillədə qalan "Domjale" özündən 2 xal geridəki "Qoritsa"nı özündən irəli buraxmayıb.

Qeyd edək ki, Samir Məsimov "Domjale"yə qış transfer dövründə "Neftçi"dən keçib.

Son xəbərlər

Orphus sistemi