Azərbaycanlı futbolçu Rusiya klubunda ayın oyunçusu seçilib

Azərbaycanlı futbolçu Rusiya klubunda ayın oyunçusu seçilib Bakı. 4 sentyabr. REPORT.AZ/ Azərbaycanlı futbolçu Ayaz Quliyev Rusiyanın Rostov klubunda avqust ayının ən yaxşı oyunçusu seçilib.
Futbol
4 Sentyabr , 2018 19:16
Azərbaycanlı futbolçu Rusiya klubunda ayın oyunçusu seçilib

Bakı. 4 sentyabr. REPORT.AZ/ Azərbaycanlı futbolçu Ayaz Quliyev Rusiyanın "Rostov" klubunda avqust ayının ən yaxşı oyunçusu seçilib. 

"Report" klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi azarkeşlər tərəfindən aparılan səsvermədə birinci olub. 

Komandanın qapıçısı İlya Abayev ikinci, yarımmüdafiəçi Aleksey İnonov isə üçüncü sırada qərarlaşıb.

Qeyd edək ki, əslən azərbaycanlı olan Ayaz Quliyev Rusiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasına çağırılıb.

Son xəbərlər

Orphus sistemi