Azərbaycanlı futbolçu Kosovo çempionu olub

Azərbaycanlı futbolçu Kosovo çempionu olub Bakı. 21 may. REPORT.AZ/ Azərbaycanlı futbolçu Amit Quluzadə Drita komandasının heyətində Kosovo çempionu olub.
Futbol
21 May , 2018 01:27
Azərbaycanlı futbolçu Kosovo çempionu olub

Bakı. 21 may. REPORT.AZ/ Azərbaycanlı futbolçu Amit Quluzadə "Drita" komandasının heyətində Kosovo çempionu olub.

"Report"un məlumatına görə, "Drita" buna son turda əsas rəqibi "Priştina" ilə səfər matçında heç-heçə sayəsində nail olub. 

Qolun vurulmadığı görüşdə meydan sahiblərinin iki futbolçusu qırmızı vərəqə alıb.

Bu heç-heçədən sonra xallarını 67-yə çatdıran "Drita" "Priştina"nı 3 xal geridə qoyub və ardıcıl 29 matçda uduzmayaraq, rekord müəyyənləşdirib. Quluzadənin komandası 2018-2019 mövsümündə Kosovonu Çempionlar Liqasında təmsil edəcək. "Priştina" isə ardıcıl ikinci mövsüm Avropa Liqasında oynayacaq.

Son xəbərlər

Orphus sistemi