Yuxarı

Azərbaycanlı futbolçu Kiyev "Dinamo"sunun baş məşqçisi olmaq istəyir

Azərbaycanlı futbolçu Kiyev "Dinamo"sunun baş məşqçisi olmaq istəyir

Bakı. 13 noyabr. REPORT.AZ/ Ukrayna yığmasının sabiq futbolçusu Aleksandr Əliyev gələcəkdə Kiyev "Dinamo"sunun baş məşqçisi olmaq istədiyini açıqlayıb. 

"Report" xəbər verir ki, vaxtilə "Dinamo"da da çıxış etmiş 33 yaşlı sabiq yarımmüdafiəçi "Footboom"a müsahibəsində hazırda bunun mümkünsüz və qeyri-real olduğunu anladığını vurğulayıb. O, bəzi şeylərə real gözlə baxmalı olduğunu söyləyib: "Lisenziya və məşqçi təcrübəm olduqdan sonra "Dinamo"ya rəhbərlik etmək haqqında danışa bilərik. Bu komandanın baş məşqçisi olmaq üçün digər klublarda çalışmaq və müəyyən nəticələr göstərmək lazımdır. "Dinamo"ya nə futbolçunu, nə də məşqçini belə götürmürlər. Həmişə bu klubun qarşısında böyük hədəflər var. Bu, məni sevindirir. Mən həmişə ən yaxşı olmaq istəyirəm". 

Qeyd edək ki, Azərbaycan əsilli Aleksandr Əliyev Ukrayna yığmasında çıxış etdiyi vaxt 28 oyuna 6 qol vurub. O, 2005 - 2010 və 2011 - 2013-cü illərdə "Dinamo"da çıxış edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi