Bakı. 20 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində qış hazırlığını davam etdirən azərbaycanlı futbol hakimləri bu gün daha 4 oyun idarə edəcək. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, hakimlər Bolqarıstan, Qazaxıstan, Özbəkistan və Almaniya klublarının oyununda olacaq.
20 yanvar
"Slaviya" (Bolqarıstan) – "Irtış" (Qazaxıstan)
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Vaqif Musayev
"Okjetpes" (Qazaxıstan) – "Montana" (Bolqarıstan)
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Elşad Abdullayev
"Şaxtyor" (Qazaxıstan) - "Nasaf" (Özbəkistan)
Hakimlər: Ramil Diniyev, Vüsal Qənbərov, Mehman Mahmudov
"Akjayık" (Qazaxıstan) – "SV Meppen" (Almaniya)
Hakimlər: Kərim Kərimov, Mübariz Haşımov, Zeynal Zeynalov
Qeyd edək ki, hakimlər ayın 11-dən start götürən təlim-məşq toplanışında bugünədək 26 oyun idarə edib.