Yuxarı
    Bağlamaq

    Azərbaycanlı FİFA referisinin təyinat aldığı oyun açıqlanıb

    Əliyar Ağayev Türkiyəyə yollanacaq

    Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA tərəfindən yeni təyinat alıb. 

    "Report"un məlumatına görə, o, Türkiyədə "Konyaspor" - "Braqa" oyununu idarə edəcək.

    Ə.Ağayevə yan xətt hakimləri qismində Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcək. Əlavə köməkçi hakimlər Orxan Məmmədov və Rəhim Həsənovdur. Oyunun dördüncü hakimi isə Mübariz Haşımov olacaq.

    Qeyd edək ki, oktyabrın 20-də Konyada baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi