Yuxarı

Azərbaycanlı FİFA referisi UEFA-nın kursunda iştirak edəcək

Kurs İspaniyanın Malaqa şəhərində keçiriləcək

Bakı. 12 dekabr. REPORT.AZ/ Gələn il yanvarın 30-dan İspaniyanın Malaqa şəhərində TOP və 1-ci qrupa daxil olan FIFA referiləri üçün UEFA-nın təşkilatçılığı ilə kurs keçiriləcək. 

"Report"un məlumatına görə, azərbaycanlı FİFA referisi Əliyar Ağayev də UEFA-nın kursunda iştirak edəcək.

Kurs sayca 25-ci olacaq. Martin Atkinson, Mark Klattenburq, Klement Turpin, Deniz Aytekin, Feliks Brıx, Viktor Kassai, Nikola Rizzoli, Canluka Rokki, Paolo Tagliavento, Damir Skomina, Alberto Undiano Mallenco, Yonas Eriksson, Cüneyt Çakır və digər tanınmış hakimlərin də iştirak edəcəyi kursa fevralın 1-də yekun vurulacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi