Azərbaycanlı FİFA referisi UEFA Gənclər Liqasının 1/4 final matçına təyinat alıb

Azərbaycanlı FİFA referisi UEFA Gənclər Liqasının 1/4 final matçına təyinat alıb Əliyar Ağayev MOİK - "Benfika" matçını idarə edəcək
Futbol
2 Mart , 2017 11:17
Azərbaycanlı FİFA referisi UEFA Gənclər Liqasının 1/4 final matçına təyinat alıb

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Gənclər Liqasının 1/4 final mərhələsinin oyununa təyinat alıb. "Report"un məlumatına görə, gənc beynəlxalq dərəcəli baş hakim Rusiyanın paytaxtı Moskvada MOİK və Portuqaliya "Benfika"sı arasında keçiriləcək ilk 1/4 final matçını idarə edəcək.

Ona Rza Məmmədovla Akif Əmirəli yan xətt hakimləri qismində yardımçı olacaqlar. 4-cü hakim funksiyasını rusiyalı Aleksandra Ponomaryova, hakim-inspektor Yuri Baskakov, UEFA nümayəndəsi isə qazaxıstanlı Oljas Abrayevdir.

Qeyd edək ki, martın 7-də "Oktyabr" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi