Yuxarı
    Bağlamaq

    Azərbaycanlı FİFA referisi mükafata layiq görülüb

    Referi Parlayan Ulduz mükafatına sahib çıxıb

    Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropada mükafata layiq görülüb. "Report"un məlumatına görə, seçimlər UEFA-da beynəlxalq futbol hakimliyi sahəsində ixtisaslaşmış "The3rdTeam" bloqu tərəfindən aparılıb.

    29 yaşlı referi 2016-cı ildəki inkişafı səbəbindən "Rising Referee Star Award 2016" "Parlayan ulduz" mükafatına sahib çıxıb. Ə.Ağayevin son vaxtlar Avropa Liqasının qrup mərhələsinin, 19 yaşadək futbolçulardan ibarət Avropa çempionatının oyunlarını idarə etməsi onun bu adı qazanmasında böyük rol oynayıb.

    Qeyd edək ki, ilin ən yaxşı referisi adı ingiltərəli Mark Klattenburqa verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi