Azərbaycanlı FİFA referisi I kateqoriyaya daxil edilib

Azərbaycanlı FİFA referisi I kateqoriyaya daxil edilib Digər baş hakimlərin mövqeyində dəyişiklik baş verməyib
Futbol
30 May , 2018 11:12
Azərbaycanlı FİFA referisi I kateqoriyaya daxil edilib

Bakı. 30 may. REPORT.AZ/ UEFA 2018/2019-cü il mövsümünün birinci yarısı üçün hakimlərin yeni kateqoriyalarını açıqlayıb. 

Report"un məlumatına görə, buna qədər ikinci kateqoriyada yer alan FIFA referisi Əliyar Ağayev birinci kateqoriyaya daxil edilib.

Digər referilərə gəldikdə, Rəhim Həsənovla Ömər Paşayev, eləcə də qadın futbol referiləri Yuliya Qurbanova ilə Səbayel Qurbanova III kateqoriyada saxlanılıb. 

Qeyd edək ki, Ağayev birinci kateqoriyaya yüksələn ilk azərbaycanlı hakimdir.

Son xəbərlər

Orphus sistemi