Azərbaycanlı FİFA referisi Avropa Liqasına təyinat alıb

Azərbaycanlı FİFA referisi Avropa Liqasına təyinat alıb Əliyar Ağayev Almaniyaya yollanacaq
Futbol
21 Noyabr , 2016 12:47
Azərbaycanlı FİFA referisi Avropa Liqasına təyinat alıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Avropa Liqasının I qrupunda V turun “Şalke 04” (Almaniya) – “Nitsa” (Fransa) oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağayevin köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Orxan Məmmədov və Rəhim Həsənov olacaq.

Qeyd edək ki, oyun noyabrın 24-də Gelzenkirxen stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi