Azərbaycanlı beynəlxalq dərəcəli hakimlərin sayı artırılıb

Azərbaycanlı beynəlxalq dərəcəli hakimlərin sayı artırılıb Anar Salmanovu Orxan Məmmədovun əvəzlədiyi rəsmən açıqlanıb
Futbol
15 Dekabr , 2014 13:42
Azərbaycanlı beynəlxalq dərəcəli hakimlərin sayı artırılıb

Bakı. 15 dekabr. REPORT.AZ/ 2015-ci ildə Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək FIFA referilərinin siyahısı təsdiqlənib. "Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, ötən siyahı ilə müqayisədə bu dəfə FIFA dərəcəli hakimlərin sayı 19-dan 22-yə yüksəlib.

Futbol referiləri siyahısında Anar Salmanovu Orxan Məmmədov əvəzləyib. Çimərlik futbolu üzrə FIFA referiləri siyahısına qadın hakim əlavə edilib. Artıq Əfqan Həmzəyev və İnqilab Məmmədovla yanaşı, Sədaqət Vəliyeva da beynəlxalq oyunlar idarə edəcək. Ali futbol qurumu ötən ilə nəzərən bu dəfə Azərbaycandan daha çox qadın hakimə etimad göstərib. Yuliya Qurbanova siyahıda Fəridə Lütfəliyevanı əvəzləyib. FİFA referi köməkçilərinin siyahısına isə 2 azərbaycanlı qadın hakim əlavə olunub.

Referi: Ağayev Əliyar, Həsənov Rəhim, Məmmədov Orxan

Referi köməkçisi: Abbasov Yaşar, Zeynalov Zeynal, Hüseynov Namik, Haşimov Mübariz, Musayev Vaqif, Məmmədov Rza

Futzal üzrə FIFA referisi: Səmədli Elçin, Nurullayev Yusif, Namazov Ramil, Hüseynli Xəlil

Çimərlik futbolu üzrə FIFA referiləri: Həmzəyev Əfqan, Məmmədov İnqilab, Vəliyeva Sədaqət

Qadın FIFA referiləri: Qurbanova Səbayel, Qurbanova Yuliya

Qadın FIFA referi köməkçiləri: Güvəndiyeva Gülyana, Əzizzadə Xəyalə, Əsgərzadə Aybəniz, Sadıqova Lamiyyə

Son xəbərlər

Orphus sistemi