Yuxarı

Azərbaycanlı FİFA referilərinin beynəlxalq oyunlara təyinatları açıqlanıb

Azərbaycanlı FİFA referilərinin beynəlxalq oyunlara təyinatları açıqlanıb
Bunlar Rəhim Həsənov, Əliyar Ağayev, Ömər Paşayev, Yuliya Qurbanovadır

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanlı FİFA referilərinin beynəlxalq oyunlara təyinatları açıqlanıb. “Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 4 baş hakim ümumilikdə 5 matç idarə edəcək.

Bunlar Rəhim Həsənov, Əliyar Ağayev, Ömər Paşayev və Yuliya Qurbanovadır.

UEFA Gənclər Liqası

26 sentyabr. “Beşiktaş” (Türkiyə) – “Leyptsiq” (Almaniya)

Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Akif Əmirəli


U-19 AÇ-nin ilkin seçmə mərhələsi

12-ci qrup: Ukrayna, Monteneqro, Norveç, Albaniya

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov

Oyunlar 3 oktyabr – 11 oktyabrda Albaniyada keçiriləcək

U-17 AÇ-nin ilkin seçmə mərhələsi

12-ci qrup: Polşa, İsveç, Kipr, San Marino

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov

Oyunlar 16 oktyabr – 24 oktyabrda Kiprdə keçiriləcək

U-17 AÇ-nin ilkin seçmə mərhələsi

1-ci qrup: Belçika, İsveçrə, Şimali İrlandiya, Malta

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov

Oyunlar 25 oktyabr – 2 noyabrda Maltada keçiriləcək

U-17 (qızlar) AÇ-nin ilkin seçmə mərhələsi

8-ci qrup: Norveç, Macarıstan, Bolqarıstan, Moldova

Hakimlər: Yuliya Qurbanova, Gülyana Güvəndiyeva

Oyunlar 22-28 sentyabr tarixlərində Macarıstanda keçiriləcək

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi