Yuxarı
    Bağlamaq

    ​Azərbaycanın hər üç FİFA referisinə Avropa Liqasında təyinat verilib

    Siyahıda Əliyar Ağayev, Orxan Məmmədov və Rəhim Həsənovun adı yer alıb

    Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycanlı FİFA referiləri Avropa Liqasının ilkin təsnifat mərhələsinin oyunlarına təyinat alıb. "Report"un məlumatına görə, təyinat hər üç baş hakimə verilib.

    Onlardan Rəhim Həsənov I təsnifat mərhələsinin ilk oyununda 4-cü hakim, cavab görüşündə baş hakim funksiyasını yerinə yetirəcək. 

    30 iyun

    "Slaviya" (Bolqarıstan) – "Zaqlembe" (Polşa)

    Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəhim Həsənov

    "Domjak" (Sloveniya) – "Lusitans" (Andorra)

    Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mübarizə Haşımov, Ömər Paşayev

    5 iyul

    "Birkirkara" (Malta) – "Şiroki Briyeq" (Bosniya və Herseqovina)

    Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Rauf Cabbarov

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi