Azərbaycanlı hakimlər Avropa çempionatının elit-raunduna təyinat alıblar

Azərbaycanlı hakimlər Avropa çempionatının elit-raunduna təyinat alıblar Rəhim Həsənovla Namiq Hüseynov 4-cü qrupun oyunlarını idarə edəcəklər
Futbol
8 Fevral , 2016 15:54
Azərbaycanlı hakimlər Avropa çempionatının elit-raunduna təyinat alıblar

Bakı. 8 fevral. REPORT.AZ/ FIFA referisi Rəhim Həsənov və referi köməkçisi Namiq Hüseynov 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raunduna təyinat alıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, beynəlxalq dərəcəli hakimlər 4-cü qrupun oyunlarını idarə edəcəklər.

Hollandiyada martın 23-də start götürəcək oyunlar bir həftə davam edəcək. Bu qrupda Hollandiya, Polşa, Ukrayna və Şimali İrlandiya yığmaları mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi