Azərbaycanlı FİFA referisi "Barselona"nın oyununa təyinat alıb

Azərbaycanlı FİFA referisi "Barselona"nın oyununa təyinat alıb Kişi və qadın hakimlərə yeni təyinatlar verilib
Futbol
2 Mart , 2016 15:32
Azərbaycanlı FİFA referisi Barselonanın oyununa təyinat alıb

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycanlı FIFA referiləri UEFA tərəfindən yeni təyinatlar alıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Avropa Liqasında oyun idarə etmiş referi Əliyar Ağayev bu dəfə Belçikada meydana çıxacaq.

O, UEFA Gənclər Liqasında "Anderlext"lə İspaniya "Barselona"sı arasındakı matçın baş hakimi olacaq. Martın 8-də keçiriləcək qarşılaşmada Ə.Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcək.

8 mart

UEFA Gənclər Liqası

“Anderlext” (Belçika) – “Barselona” (İspaniya)

Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov

22-27 mart

U-17 qızlar, elit-raund

Şimali İrlandiya, Danimarka, İspaniya, Ukrayna

Səbayel Qurbanova, Xəyalə Əzizzadə

23-30 mart

U-19, elit-raund

Hollandiya, Polşa, Ukrayna, Şimali İrlandiya

Rəhim Həsənov, Namiq Hüseynov

24-29 mart

U-17 qızlar, elit-raund

Belçika, İngiltərə, İslandiya, Serbiya

Yuliya Larionova, Aybəniz Əsgərzadə

Son xəbərlər

Orphus sistemi