Yuxarı

Azərbaycanlı ən yaxşı bombardir “Sumqayıt” klubundan ayrılıb

Azərbaycanlı ən yaxşı bombardir “Sumqayıt” klubundan ayrılıb
Amil Yunanov karyerasını davam etdirəcəyi komandanı müəyyənləşdirməyib
© "Report"

Bakı. 22 may. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Amil Yunanov “Sumqayıt” klubundan ayrılıb.

Bu barədə “Report”a 25 yaşlı hücumçunun özü məlumat verib. O, bildirib ki, Sumqayıt təmsilçisinin müqavilənin müddətini uzatmaqla bağlı təklifini qəbul etməyib.

Yunanov yerli klublardan təkliflər aldığını, karyerasını harada davam etdirəcəyi ilə bağlı qərarı yığmanın 23 may - 9 iyun toplanışından sonra verəcəyini bildirib.

Qeyd edək ki, Amil Yunanov başa çatan mövsümdə Azərbaycan Premyer Liqasında 10 qol vurub və bombardir adını qazanan “Qəbələ”nin forvardı Baqali Dabodan 3 top geri qalıb. Azərbaycanlı ən məhsuldar hücumçu "Sumqayıt"da 2015-ci ildən çıxış edirdi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi