Bakı. 25 mart. REPORT.AZ/ Martın 28-də Bakıda futbol üzrə Avropa çempionatı - 2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycanın qonağı olacaq Malta millisi Gürcüstanla yoldaşlıq oyunu keçirib.
"Report" xəbər verir ki, çərşənbə günü keçirilən oyun 2:0 hesabı ilə Gürcüstan futbolçularının xeyrinə başa çatıb.
Qalib komandanın heyətində Caba Kankava və Valeri Kazaişvili fərqlənib.
Qeyd edək ki, Gürcüstan millisi martın 29-da Almaniya ilə qarşılaşacaq.
Yoldaşlıq oyunu (yığmalar).
Gürcüstan - Malta - 2:0
Qollar: Kankava, 83 (1:0); Kazaişvili, 90+2 (2:0).