​Azərbaycanın veteran güləşçisi dünya çempionatında gümüş medal qazanıb

​Azərbaycanın veteran güləşçisi dünya çempionatında gümüş medal qazanıb Ramil İsmayılov 69 kq çəki dərəcəsində ikinci olub
Futbol
16 Oktyabr , 2015 11:00
​Azərbaycanın veteran güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ Yunanıstanın paytaxtı Afinada veteran güləşçilər arasında keçirilən dünya çempionatında Azərbaycan pəhləvanları daha bir medal qazanıb. "Report"un məlumatına görə, bu, sərbəst güləş yarışlarında 69 kq çəki dərəcəsində A divizionunda mübarizə aparan Ramil İsmayılovdur. 

O, ABŞ və Macarıstandan olan rəqiblərini üstələsə də, finalda Gürcüstan təmsilçisinə məğlub olaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Azərbaycanın veteran güləşçiləri sərbəst güləş yarışlarında qazandığı medalların sayını 4-ə çatdırıb. Buna qədər İslam Quliyev (85 kq) qızıl, Abbas Məmmədov (63 kq) gümüş, Rövşən İsmayılxanlı (130 kq) bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi