Azərbaycanın UEFA Avropa Liqasının püşkatma mərasimindəki səfirlərindən biri müəyyənləşib

Azərbaycanın UEFA Avropa Liqasının püşkatma mərasimindəki səfirlərindən biri müəyyənləşib Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycanın UEFA Avropa Liqasının 2018/2019 mövsümünün qrup mərhələsinin püşkatma mərasimində iştirak edəcək səfirlərindən birinin kimliyi müəyyənləşib.
Futbol
17 Avqust , 2018 16:36
Azərbaycanın UEFA Avropa Liqasının püşkatma mərasimindəki səfirlərindən biri müəyyənləşib

Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycanın UEFA Avropa Liqasının 2018/2019 mövsümünün qrup mərhələsinin püşkatma mərasimində iştirak edəcək səfirlərindən birinin kimliyi müəyyənləşib.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, həmin şəxs futbol veteranı Vəli Qasımovdur.

Qeyd edək ki, yarışın final matçı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Qaydalara əsasən, final oyununun səfiri veteran futbolçu olmalıdır. O, qrup mərhələsindən başlayaraq bütün püşkatma mərasimlərinə qatılmalıdır. Qrup mərhələsinin püşkatma mərasimi isə avqustun 31-də Monakoda keçiriləcək.

Bu mövsüm Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə yüksələ bilər. Bunun üçün Ağdam komandası Avroliqanın III təsnifat mərhələsində Moldova "Şerif"ini üstələməlidir. İlk matç avqustun 23-də Tiraspolda, cavab görüşü isə ayın 30-da Bakıda olacaq.

Son xəbərlər

Orphus sistemi