Azərbaycanın U-21 yığmasının üzvü: "Bosniya və Herseqovina ilə matçda yaxşı nəticə qazanacağımıza inanıram"

Azərbaycanın U-21 yığmasının üzvü: "Bosniya və Herseqovina ilə matçda yaxşı nəticə qazanacağımıza inanıram" Bakı. 15 noyabr. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Ziya Əzizov yoldaşlıq matçında Ukraynaya 0:1 hesabı ilə məğlub olduqları qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.
Futbol
15 Noyabr , 2018 23:38
Azərbaycanın U-21 yığmasının üzvü: Bosniya və Herseqovina ilə matçda yaxşı nəticə qazanacağımıza inanıram

Bakı. 15 noyabr. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Ziya Əzizov yoldaşlıq matçında Ukraynaya 0:1 hesabı ilə məğlub olduqları qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.

"Report" həmin müsahibəni təqdim edir:

- Matçı necə qiymətləndirirsiniz?

- Birinci oyunumuz idi. Komanda olaraq yaxşı müdafiə olunduq. Mübarizə apardıq və ürəkli oynadıq. Amma rəqibin də bir epizodu oldu. O da qolla nəticələndi.

- Bu gün komandanın qələbə qazanmasına nə mane oldu? 

- Birinci hissədə ehtiyatlı oynadıq. İkinci hissəyə də yaxşı başladıq. 20 dəqiqədən sonra isə oyunu verdik. Rəqib təşəbbüsü əla aldı və sonra isə hücumları başladı.

- Bu gün komandalar sanki kobud oyuna üstünlük verirdilər. Bu nə ilə əlaqədar idi?

- İstəkli idik. Aqressivlik də var idi. Qələbə qazanmağı fikirləşirdik. Yaxşı nəticə istəyirdik. Bütün Azərbaycana göstərmək istəyirdik ki, elə-belə komanda deyilik.

- Rəşad Sadıqov oyundan sonra sizi tənqid edib iradlarını bildirdimi?

- Xeyr, hələ baş məşqçi ilə danışmamışıq. Bəlkə bizimlə sabah danışacaq.

- Növbəti oyunda Bosniya və Herseqovina ilə oynayacaqsınız. Həmin qarşılaşma barədə nə deyə bilərsiniz?

- Onlar da güclü komandadır. Həmin matçda yaxşı nəticə qazanacağımıza inanıram. Çalışacağıq ki, bu gün nə səhv eləmişiksə, onu növbəti matçda etməyək.

- U-21 komandası növbəti seçmə mərhədə hansı nəticəni göstərə bilər və nələrə qadirdir?

- Onu demək hələ tezdir. Birinci oyunu oynamışıq. Yavaş-yavaş baxacağıq.

- Yığmadakı komanda yoldaşınız Barış Ekincierin ürəyində problem var. Onunla danışmışınız?

- Mən bu barədə dünən eşitmişəm. Bilmirdim. Onunla danışacağam.

- NEC "Nijmegen" klubuda işləriniz necədir? Sizi əsas komandada görmək mümkün olacaqmı?

- Hər şey yaxşıdır. Hələ ki, klubun ikinci komandasında oyunlarımı keçirirəm. İnanıram ki, tezliklə əsas komandaya cəlb olunacağam.

Son xəbərlər

Orphus sistemi