Azərbaycanın U-21 yığması Ukrayna millisinə məğlub olub

Azərbaycanın U-21 yığması Ukrayna millisinə məğlub olub Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
Futbol
15 Noyabr , 2018 22:26
Azərbaycanın U-21 yığması Ukrayna millisinə məğlub olub

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

"Report"un məlumatına görə, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Ukrayna u-21 ilə üz-üzə gəlib. "Dalğa Arena"da keçirilən qarşılaşma rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşün birinci hissəsində Azərbaycan millisinin heyətində Ozan Can Kökçü qırmızı vərəqə alıb. Lakin razılaşmaya əsasən komanda azlıqda qalmayıb. Kökçünü isə komanda yoldaşı əvəzləyib. Digər razılaşma isə oyun ərzində hər komandada 8 dəyişikliyin edilməsinə dair olub.

Son xəbərlər

Orphus sistemi