Bakı. 31 avqust. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirib.
"Report" xəbər verir ki, yığmamız Akko şəhərindəki Municipal stadionunda İsrail komandası ilə qarşılaşıb. Qarşılaşma 3:1 hesabı ilə meydan sahibi komandanın xeyrinə başa çatıb.
Yığmamız seçmə mərhələdə növbəti oyununu sentyabrın 5-də “Dalğa Arena”da İrlandiya yığmasına qarşı keçirəcək.