Yuxarı
    Bağlamaq

    ​Azərbaycanın U-21 yığması Qazaxıstan klubu ilə qarşılaşacaq

    Qarşılaşma Bakı vaxtilə saat 19:00-da başlayacaq

    Bakı. 23 fevral. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti yoxlama matçına çıxacaq. "Report"un məlumatına görə, milli komanda Qazaxıstanın "Atırau" klubu ilə qüvvəsini sınayacaq.

    Qarşılaşmanın start fiti Bakı vaxtilə saat 19:00-da səslənəcək.

    Qeyd edək ki, U-21 yığması fevralın 25-də Qana ilə qarşılaşacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi