Yuxarı

Azərbaycanın U-21 yığması Lixtenşteynə uduzub - VİDEO

​Azərbaycanın U-21 yığması Lixtenşteynə uduzub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

"Report"un məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv səfərdə Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Eşen şəhərindəki "Sportpark Eschen Mauren" stadionunda keçirilmiş 2-ci qrupun oyunu meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. 10-cu dəqiqədə Şimali İrlandiyadan olan baş hakim Tim Marşallın təyin etdiyi penaltini Noah Frik dəqiq yerinə yetirib.

Azərbaycan millisi növbəti görüşünü sentyabrın 6-da Bakıda Slovakiyaya qarşı keçirəcək.

6 iyun

Avropa çempionatı, seçmə oyun

21:00. Lixtenşteyn - Azərbaycan - 1:0

Qol: Noah Frik, 10 (pen.)

Lixtenşteyn: 1. Armando Mayer, 2. Lukas Qraber, 3. Noa Qraber, 4. Rafael Qrünenfelder, 5. Fabian Unterrainer, 6. Simon Lüçinqer, 7. Bencamin Voqt, 8. Noa Frommelt (k), 9. Tim Şreiber, 10. Noa Frik, 11. Paskal Koller

Ehtiyat oyunçular: 12. Raffael Loosli, 13. Martin Marher, 14. Roman Spiriq, 15. Yonas Hilti, 16. Lukas Büçel, 17. Niklas Bek, 18. Marko Marher, 19. Aaron Salanoviç, 20. Menderes Çağlar

Azərbaycan: 12. Kamran İbrahimov, 2. Amin Seydiyev, 3. Turan Manafov, 5. Nihad Tamazov, 9. Rövlan Muradov, 6. Hacıağa Hacılı (k), 10. İsmayıl İbrahimli, 13. Murad Qayalı, 17. Barış Ekincier, 11. Şakir Seyidov, 23. Musa Qurbanlı

Ehtiyat oyunçular: 1 Şahin Zəkiyev, 7. Nicat Süleymanov, 14. Ziya Əzizov, 15. Hüseyn Seyliğli, 16. Süleyman Əhmədov, 18. Emin Qasımov, 19. Tural Bayramlı, 20. Elçin Mustafayev, 21. Ərziman Rizvanov

Baş hakim: Tim Marşall

Baş hakimin köməkçiləri: Pol Robinson, Stefan Donaldson

Dördüncü hakim: Şeyn Endryus (hamısı Şimali İrlandiya)

Eşen şəhəri, "Sportpark Eschen Mauren" stadionu.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi