Azərbaycanın U-21 yığması Kosovoya məğlub olub

Azərbaycanın U-21 yığması Kosovoya məğlub olub Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb
Futbol
23 Mart , 2018 00:06
Azərbaycanın U-21 yığması Kosovoya məğlub olub

Bakı. 23 mart. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. 

"Report"un məlumatına görə, Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv Kosovo yığmasının qonağı olub.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarlı hava şəraitində keçən qarşılaşmada hər iki qol ikinci hissədə vurulub. 54-cü dəqiqədə Florent Hasani, 61-ci dəqiqədə isə Besfort Kölgeci fərqlənib. Bununla da Sadıqov U-21 yığmasındakı ilk rəsmi sınağında məğlubiyyətlə üzləşib.

Beləliklə, 5-ci qrupda 7 oyundan sonra xallarını 10-a çatdıran Kosovo ikinci pilləyə yüksəlib. Azərbaycan yığması isə 6 oyundan 1 xalla sonuncudur. Sadıqovun komandası növbəti oyununu martın 27-də səfərdə İrlandiyaya qarşı keçirəcək.

Avropa çempionatı

Seçmə mərhələ, V qrup

22 mart

22:00. Kosovo - Azərbaycan - 2:0

Qollar: Florent Hasani, 54. Besfort Kölgeci, 61

Son xəbərlər

Orphus sistemi