Azərbaycanın U-21 millisi seçmə mərhələdə növbəti matçını keçirəcək

Azərbaycanın U-21 millisi seçmə mərhələdə növbəti matçını keçirəcək Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2021-in seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Futbol
10 Sentyabr , 2019 09:01
Azərbaycanın U-21 millisi seçmə mərhələdə növbəti matçını keçirəcək

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2021-in seçmə mərhələsində növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Gürcüstanla üz-üzə gələcək. "Dalğa Arena"da təşkil olunacaq qarşılaşmanı Lüksemburqdan olan Laurent Koprivanın rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Azərbaycan yığması qrupdakı ilk matçında Lixtenşteynə minimal hesabla uduzsa da, ikinci qarşılaşmasında Slovakiyanı məğlub edib - 2:1. Gürcüstan isə seçmə mərhələdə bir oyun keçirib və həmin qarşılaşmada Lixtenşteyni 4 cavabsız qolla üstələyib. 

AVRO-2021 seçmə mərhələ

Azərbaycan U-21 - Gürcüstan U-21

Baş hakim: Laurent Kopriva

Baş hakimin köməkçiləri: Klod Ris, David Mateus Santos

Dördüncü hakim: Aleks Kryureq (hamısı Lüksemburq)

"Dalğa Arena" 

Son xəbərlər

Orphus sistemi