Azərbaycanın U-21 millisi növbəti matçında məğlub olub

Azərbaycanın U-21 millisi növbəti matçında məğlub olub 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2021-in seçmə mərhələsində növbəti oyununu keçirib.
Futbol
10 Sentyabr , 2019 22:27
Azərbaycanın U-21 millisi növbəti matçında məğlub olub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2021-in seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Milan Obradoviçin baş məşqçisi olduğu komanda Gürcüstan kollektivi ilə üz-üzə gəlib. "Dalğa Arena"da keçirilən qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:0.

45+2-ci dəqiqədə Vato Arveladze hesabı açıb. Azərbaycan yığmasının heyətində Hacıağa Hacılı 49-cu dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 73-cü dəqiqədə İrakli Bugridze ikinci qolu vurub. 84-cü dəqiqədə isə Giorgi Arabidze fərqi daha da artırıb.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında Lixtenşteynə (0:1) uduzub, ikinci qarşılaşmasında isə Slovakiyanı məğlub edib - 2:1

Son xəbərlər

Orphus sistemi