Yuxarı

Azərbaycanın U-21-ləri Farer adaları ilə qarşılaşıb

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Azərbaycanın 21 yaşadək (U-21) futbolçulardan ibarət yığma komandası bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. 

"Report"un məlumatına görə, Yaşar Vahabzadənin komandası autsayder Farer adalarını qəbul edib.

Görüş 1:1 hesabı ilə nəticələnib. İlk 45 dəqiqədə rəqibin vurduğu qola Azərbaycan yığması qarşılaşmanın sonuncu dəqiqələrində cavab verib. Bununla da komandamız 7-ci qrupda xallarını 8-ə yüksəldib və 4-cü pillədə qalıb. Farer Adaları isə ilk xalını qazanıb.

Qrupda bu gün keçirilən digər oyunda Rusiya da Avstriya ilə eyni hesablı heç-heçə etdiyi üçün millimizi keçə bilməyib. Hazırda Finlandiya - Almaniya görüşü davam edir.

Xatırladaq ki, Azərbaycan yığması 7-ci qrupda son oyununu oktyabrın 7-də səfərdə Finlandiyaya qarşı keçirəcək.

Avropa çempionatının seçmə mərhələ oyunu

6 sentyabr

18:00. Azərbaycan - Farer adaları - 1:1

Qollar: Mahir Mədətov, 88 - Ari Mor Olsen, 40

Baş hakim: Dumitri Muntean

Baş hakimin köməkçiləri: Vitalli Gorbatov, Vlad Lifciu

Dördüncü hakim: Luri Kovtun

(Hakimlər briqadası Moldovadandır)

UEFA nümayəndəsi: Yauheni Tratsiuk (Bolqarıstan)

Hakim-inspektor: Stanislav Sukhina (Rusiya)

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi