Azərbaycanın U-20 yığması Makedoniya millisi ilə heç-heçə edib

Azərbaycanın U-20 yığması Makedoniya millisi ilə heç-heçə edib Bakı. 24 may. REPORT.AZ/ Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandası növbəti yoldaşlıq görüşünü keçirib.
Futbol
24 May , 2018 20:53
Azərbaycanın U-20 yığması Makedoniya millisi ilə heç-heçə edib

Bakı. 24 may. REPORT.AZ/ Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandası növbəti yoldaşlıq görüşünü keçirib.

"Report"un məlumatına görə, Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv “Dalğa Arena”da makedoniyalı həmyaşıdları ilə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Azərbaycan yığmasının heyətində qolu 5-ci dəqiqədə Kamran Əliyev vurub.

Qeyd edək ki, Azərbaycanın və Makedoniyanın U-20 komandaları mayın 27-də eyni stadionda yenidən üz-üzə gələcək. Azərbaycan millisi ilk yoldaşlıq görüşündə Gürcüstana 1:2 hesabı ilə uduzub.

Yoldaşlıq oyunu

19:00. Azərbaycan U-20 - Makedoniya U-20 1:1

Qol: Kamran Əliyev, 5 - Filip Trayanovski, 87

Baş hakim: Rəhim Həsənov

Yan xətt hakimləri: Mübahiz Haşımov, Namiq Hüseynov

Dördüncü hakim: Nail Nağıyev

"Dalğa Arena".

Son xəbərlər

Orphus sistemi