Yuxarı

Azərbaycanın U-20 yığması Gürcüstan millisinə uduzub

Azərbaycanın U-20 yığması Gürcüstan millisinə uduzub
Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb

Bakı. 16 may. REPORT.AZ/ 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyununda qüvvəsini sınayıb.

"Report"un məlumatına görə, milli komanda gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.

Azərbaycan yığmasının heyətində yeganə qolu 66-cı dəqiqədə Ziya Əzizov vurub.

U-20 mayın 24-də və 27-də Makedoniyanın U-21 millisi ilə 2 yoxlama oyununda qüvvəsini sınayacaq.

Yoldaşlıq oyunu

16 may

19:00. Azərbaycan U-20 - Gürcüstan U-20 - 1:2

Qol: Ziya Əzizov, 66 - David Mudiri, 79, David Samurkasovi, 83

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi