Azərbaycanın U-17 yığması Sankt-Peterburqda ilk məşqinə çıxıb

Azərbaycanın U-17 yığması Sankt-Peterburqda ilk məşqinə çıxıb Yığmamız "Zenit" İdman Oyunları Sarayında ilk məşqinə çıxıb
Futbol
3 Yanvar , 2016 06:21
Azərbaycanın U-17 yığması Sankt-Peterburqda ilk məşqinə çıxıb

Bakı. 3 yanvar. REPORT.AZ/FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII beynəlxalq turnirdə iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yanvarın 2-də Sankt-Peterburqa gəlib.

AFFA-dan "Report"-a bildiriblər ki, yığmamız "Zenit" İdman Oyunları Sarayında ilk məşqinə çıxıb.

Xatırladaq ki, futbolçularımız turnir çərçivəsində ilk oyununu yanvarın 4-də "Peterburqski" İdman-Konsert Kompleksində Latviyanın U-19 komandasına qarşı keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi