​Azərbaycanın U-16 yığması Belarusa məğlub olub

​Azərbaycanın U-16 yığması Belarusa məğlub olub Qarşılaşma 1:2 hesabı ilə başa çatıb
Futbol
24 Fevral , 2015 15:55
​Azərbaycanın U-16 yığması Belarusa məğlub olub

Antalya. 24 fevral. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət yığma komandası bu gün növbəti yoldaşlıq görüşünə çıxıb. 

"Report"un Antalyada olan əməkdaşının verdiyi məlumata görə, milli Belarusun U-17 yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycanın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Azərbaycan millisinin heyətində Pilağa Mehdiyev fərqlənib.

Qeyd edək ki, bu, millinin Antalya toplanışı çərçivəsində ikinci oyunudur. Daha öncə yığma komanda İsveçrənin "Benfika" (Sürix) klubu ilə görüşüb və 9:0 hesabı ilə qalib gəlib. 

Son xəbərlər

Orphus sistemi