Bakı. 20 iyul. REPORT.AZ/ Futbol üzrə Azərbaycanın qadınlardan ibarət milli komandası Qazaxıstan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.
“Report”un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 26-da və 29-da “Dalğa Arena”da baş tutacaq qarşılaşmalar saat 19:00-da başlayacaq.
Qarşılaşmalara hazırlıq məqsədilə bu gündən etibarən Azərbaycan millisinin təlim-məşq toplanışı başlayıb.
Toplanışda iştirak edən futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Soyad | Ad | Klub |
İsmayılova | Günay | Fidan |
Şərifova | Aytac | Okjetpes (Qazaxıstan) |
Abdulova | Nigar | Təhsil |
Məmmədova | Kamilla | Təhsil |
Əhmədova | Ayşən | Sumqayıt |
Hacıyeva | Vüsalə | Təhsil |
Seyfətdinova | Vüsalə | Sumqayıt |
Quliyeva | Roza | Təhsil |
Əliyeva | Aysun | Samsunspor (Türkiyə) |
Mollayeva | Manə | Kubanochka (Rusiya) |
Hüseynova | Cəmilə | Məşəl |
Teymurova | Firəngiz | Konakbelediyyespor (Türkiyə) |
Qasımova | Güləmbər | Qəbələ |
Cəfərzadə | Sevinc | Rossiyanka (Rusiya) |
Bakarandze | Kristina | Okjetpes (Qazaxıstan) |
Sərdarlı | Rövşanə | Fidan |
Qasımova | Həqiqət | Təhsil |
Rodelgo | Natalya | Atletico (Madrid, İspaniya) |
Peritan | Bozdağ | Konakbellediyespor (Türkiyə) |
Mənsimzadə | Susən | Fidan |
Məhsimova | Jalə | klubsuz |
Özdemir | Merve | Eintracht (Almaniya) |
Mirzəliyeva | Nigar | Mingəçevir |
Taş | Öznur | Antalyaspor (Türkiyə) |