Azərbaycanın itkin düşmüş tanınmış futbolçusu tapılıb - ƏLAVƏ OLUNUB

Azərbaycanın itkin düşmüş tanınmış futbolçusu tapılıb - ƏLAVƏ OLUNUB Səttar Cabbarov: "Qardaşım sağ-salamatdır"
Futbol
12 Yanvar , 2017 18:59
Azərbaycanın itkin düşmüş tanınmış futbolçusu tapılıb - ƏLAVƏ OLUNUB

Gəncə. 12 yanvar. REPORT.AZ/ Azərbaycanın itkin düşmüş tanınmış futbolçusu Faiq Cabbarov tapılıb.

Bu barədə "Report"un Qərb bürosuna futbolçunun qardaşı Səttar Cabbarov məlumat verib. 

Onun sözlərinə görə, artıq qardaşı ilə telefonla əlaqəsi saxlayıblar: "Onun vəziyyəti yaxşıdır. Hazırda Faiq Cabbarov Gəncə şəhərindədir". 

S.Cabbarov bəzi KİV-lərdə qardaşının öldüyü haqqında yalan məlumat verilməsini də qınayıb: "Qardaşım sağ-salamatdır. Sadəcə, bəzi şəxsi səbəblərə görə bir neçə gün ailəsi ilə əlaqə saxlamayıb və ailədən onun harda olduğunu bilmirdilər. Biz də onun itkin düşdüyünü düşünürdük. Bu gün isə onunla telefonla danışdıq və Gəncədə olduğunu, heç bir problem olmadığını dedi". 

Qeyd edək ki, F.Cabbarovun ailəsi üç gündən çoxdur futbolçunun itkin düşdüyünü açıqlayıb. Bəzi mətbuat orqanları isə onun öldüyü haqqında məlumatlar yayıb.

Son xəbərlər

Orphus sistemi