Azərbaycanın ilk dəfə təmsil olunacağı futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinə start verilir

Azərbaycanın ilk dəfə təmsil olunacağı futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinə start verilir Bu mövsüm qrupda 16 ölkənin 32 komandası mübarizə aparacaq
Futbol
11 Sentyabr , 2017 12:39
Azərbaycanın ilk dəfə təmsil olunacağı futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinə start verilir
Report/ Firi Səlim

Bakı. 11 sentyabr. REPORT.AZ/ Sentyabrın 12-də futbol üzrə Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə start veriləcək. “Report” xəbər verir ki, 1955/1956 mövsümündən təşkil olunan qitənin ən nüfuzlu klub turnirində ilk dəfə Azərbaycan klubu da mübarizə aparacaq. 

Bu, Ağdamın “Qarabağ” komandasıdır. Qurban Qurbanovun baş məşqçi olduğu kollektivlə yanaşı, 2017/2018 mövsümündə ÇL-in qrup mərhələsində daha 16 ölkənin - İngiltərə (5), İspaniya (4), İtaliya (3), Almaniya (3), Portuqaliya (3), Fransa (2), Rusiya (2), İsveçrə, Şotlandiya, Belçika, Yunanıstan, Sloveniya, Hollandiya, Ukrayna, Türkiyə və Kiprin (hər birindən 1 klub) ümumilikdə 31 klubu çıxış edəcək. İngiltərənin 5 komanda ilə təmsil olunmasının səbəbi “Mançester Yunayted”in Avropa Liqasının qalibi kimi turnirə vəsiqə əldə etməsidir.

“Qarabağ” ÇL-in qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olsa da, yeganə debütant deyil. Almaniyanın “Leyptsiq” komandası da yarışda “siftə edəcək”. “C” qrupunda yer alan ağdamlıların rəqibləri paytaxt təmsilçiləridirlər. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İngiltərənin “Çelsi”, İspaniyanın “Atletiko” və “Roma” komandaları ilə qüvvəsini sınayacaq.

I turun oyunları ənənəvi olaraq çərşənbə axşamı və çərşənbə günü keçiriləcək. Bütün matçlar Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. “Qarabağ” ilk turda “Çelsi”nin qonağı olacaq.

Həmçinin, “Barselona” (İspaniya) – “Yuventus” (İtaliya), “Roma” (İtaliya) – “Atletiko” (İspaniya), “Liverpul” (İngiltərə) – “Sevilya” (İspaniya), “Portu” (Portuqaliya) – “Beşiktaş” (Türkiyə) və “Tottenhem” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) görüşləri də böyük maraq kəsb edir.

"Report" UEFA-nın rəsmi saytına istinadən bəzi rekordları da təqdim edir:

ÇL-i ən çox qazanan komanda: 12 dəfə – “Real Madrid”

Ən çox final oynayan komanda: 15 dəfə – “Real Madrid”

Ən çox oyun keçirən futbolçu*: 87 – İker Kasilyas (“Real Madrid”, “Portu”)

Ən çox qol vuran futbolçu: 57 – Lionel Messi (“Barselona”)

Ən yaxşı orta məhsuldarlıq**: hər oyuna bir qol – Lionel Messi (“Barselona”, qrup mərhələsində 57 oyun və 57 qol)

Ən çox mövsüm keçirən futbolçu***: 19 - İker Kasilyas (“Real Madrid”, “Portu”)

Bir oyunda ən çox qol vuran futbolçu: 5 – Luis Adriano (BATE – “Şaxtyor” 0:7, 21 oktyabr 2014-cü il)

Bir mövsümdə ən çox qol vuran futbolçu: 11 – Kriştianu Ronaldu (“Real Madrid”, 2015/2016)

*İkinci qrup mərhələsi nəzərə alınmayıb

**Ən azı 10 qol vuranlar nəzərə alınıb

***2017/2018 mövsümü də nəzərə alınıb

Ən erkən qol: 10,96 saniyə - Jonas (“Valensiya” – “Bayer” 3:1, 1 noyabr 2011-ci il)

Ən erkən avtoqol: 2 dəqiqə, 9 saniyə - İnyiqo Martines (“Mançester Yunayted” – “Real Soseydad” 1:0, 23 oktyabr 2013-cü il)

Ən erkən het-trik: 9 dəqiqə - Bafetimbi Qomis (“Dinamo” (Zaqreb) – “Lion” 1:7, 7 dekabr 2011-ci il)

Ən gənc futbolçu: 16 yaş 87 gün – Selestin Babayaro (“Anderlext” – “Styaua” 1:1, 23 noyabr 1994-cü il)

Qol vuran ən gənc futbolçu: 17 yaş 195 gün – Piter Ofori-Kuaye (“Rusenborq” – “Olimpiakos” 5:1, 1 oktyabr 1997-ci il)

Ən yaşlı futbolçu: 43 yaş 253 gün – Marko Ballotta (“Real Madrid” – “Latsio” 3:1, 11 dekabr 2007-ci il)

Qol vuran ən yaşlı futbolçu: 38 yaş 59 gün – Françesko Totti (ÇSKA – “Roma” 1:1, 25 noyabr 2014-cü il)

Ən çox mövsüm keçirən komanda*: 22 – “Barselona”, “Real Madrid” və “Portu”

Ən çox xal toplayan komanda: 18 (6 dəfə) – “Milan” (1992/1993), PSJ (1994/1995), Moskva “Spartak”ı (1995/1996), “Barselona” (2002/2003), “Real” (2011/2012 və 2014/2015)

Ən az xal toplayan komanda: 0 (19 dəfə) – sonuncu dəfə Zaqreb “Dinamo”su və “Brügge” (2016/2017)

Bir mövsümdə ən çox qol vuran komanda: 21 – Dortmund “Borussiya”sı (2016/2017)

Bir mövsümdə ən az qol vuran komanda: 0 (3 dəfə) – “Deportivo” (2004/2005), “Makkabi Hayfa” (2009/2010), Zaqreb “Dinamo”su (2016/2017)

Bir mövsümdə ən çox qol buraxan komanda: 24 (2 dəfə) - BATE (2014/2015) və “Legiya” (2016/2017)

Ən məhsuldar oyun: “Borussiya” (Dortmund) – “Legiya” 8:4, 22 noyabr 2016-cı il

Ən böyük hesablı qələbə: 8:0 (2 dəfə) – “Liverpul” – “Beşiktaş” 8:0 (6 noyabr 2007-ci il), “Real Madrid” – “Malmö” 8:0 (8 dekabr 2015-ci il)

Ən məhsuldar heç-heçə: 4:4 (2 dəfə) - Hamburq – “Yuventus” 4:4 (13 sentyabr 2000-ci il), “Bayer” – “Roma” 4:4 (20 oktyabr 2015-ci il)

* 2017/2018 mövsümü nəzərə alınıb


Çempionlar Liqası

Qrup mərhələsi, I tur

12 sentyabr

A qrupu

22:45. “Benfika” (Portuqaliya) – MOİK (Moskva, Rusiya)

22:45. “Mançester Yunayted” (İngiltərə) – “Bazel” (İsveçrə)

B qrupu

22:45. “Bavariya” (Almaniya) – "Anderlext" (Belçika)

22:45. “Seltik” (Şotlandiya) – PSJ (Fransa)

C qrupu

22:45. “Roma” (İtaliya) – “Atletiko” (İspaniya)

22:45. “Çelsi” (İngiltərə) – “QARABAĞ” (AZƏRBAYCAN)

D qrupu

22:45. “Barselona” (İspaniya) – “Yuventus” (İtaliya)

22:45. “Olimpiakos” (Yunanıstan) – “Sportinq” (Portuqaliya)


13 sentyabr

E qrupu

22:45. “Maribor” (Sloveniya) – “Spartak” (Moskva, Rusiya)

22:45. “Liverpul” (İngiltərə) – “Sevilya” (İspaniya)

F qrupu

22:45. “Feyenoord” (Hollaniya) – “Mançester Siti” (İngiltərə)

22:45. “Şaxtyor” (Ukrayna) – “Napoli” (İtaliya)

G qrupu

22:45. “Leyptsiq” (Almaniya) – “Monako” (Fransa)

22:45. “Portu” (Portuqaliya) – “Beşiktaş” (Türkiyə)

H qrupu

22:45. “Tottenhem” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya)

22:45. “Real Madrid” (İspaniya) – APOEL (Kipr)

Son xəbərlər

Orphus sistemi