Azərbaycanın iki futbol yığmasının baş məşqçisi istefaya göndərilib

Azərbaycanın iki futbol yığmasının baş məşqçisi istefaya göndərilib Təbriz Həsənov və Mirbağır İsayevin müqavilələrinə qarşılıqlı razılıq əsasında xitam verilib
Futbol
15 Noyabr , 2017 16:30
Azərbaycanın iki futbol yığmasının baş məşqçisi istefaya göndərilib

Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mirbağır İsayevlə görüşüb. 

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, Təbriz Həsənov U-19-un, Mirbağır İsayev isə U-17-nin Avropa çempionatının ilkin seçmə mərhələsindəki çıxışı ilə bağlı hesabat təqdim edib.

Hesabatların təqdimatından sonra qarşılıqlı razılıq əsasında hər iki baş məşqçinin müqaviləsinə xitam verilməsi barədə qərar qəbul olunub.

U-19 və U-17 Azərbaycan yığmalarının baş məşqçi vəzifəsinə təyinatlar ilin sonuna qədər müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi