Yuxarı

​Azərbaycanın hökumət rəsmiləri futbol matçında rusiyalı həmkarlarına məğlub olublar

Görüş Bakıda keçirilib və 2:6 hesabı ilə başa çatıb

Bakı. 5 iyul. REPORT.AZ/ Azərbaycan hökumətinin futbol komandası yoldaşlıq oyununda Rusiyadan olan həmkarlarına məğlub olublar.

“Report” xəbər verir ki, görüş Bakı ətrafı “Dalğa Arena” stadionunda baş tutub və 2:6 hesabı ilə məğlub olub.

Komandaların tərkibinə hökumət üzvləri, deputatlar və idman veteranları daxil olub.

Azərbaycan komandasının tərkibinə baş nazirin birinci müavini Yaqub Eyyubov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, təhsil naziri Mikayıl Cabbarov, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və başqaları daxil olub.

Rusiyanı, xüsusilə hökumət sədrinin müavini Arkadi Dvorkoviç, energetika naziri Aleksandr Novak, Şimali Qafqaz işləri üzrə nazir Lev Kuznetsov, xokkey üzrə dünya çempionu Aleksandr Oveçkin təmsil edib.

Hər bir komandada 11 nəfər olub və hər hissə 30 dəqiqə davam edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi