Azərbaycanın futzal yığması DÇ-nın 1/8 finalına vəsiqə qazanıb

Azərbaycanın futzal yığması DÇ-nın 1/8 finalına vəsiqə qazanıb Komanda son qrup oyununda İranla heç-heçə edib
Futbol
19 Sentyabr , 2016 05:34
Azərbaycanın futzal yığması DÇ-nın 1/8 finalına vəsiqə qazanıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycan milli komandası futzal üzrə Dünya çempionatının qrup mərhələsində son oyununu keçirib.

"Report" xəbər verir ki, millimiz Kolumbiyanın Medellin şəhərindəki "Coliseo Ivan de Bedout" idman kompleksində İran yığması ilə qarşılaşıb.

Qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. Everton Cardosonun dubl etdiyi oyunda 1 dəfə Teles Martins Tyaqo fərqlənib.

Komandamız turnirdə keçirdiyi ilk oyunda Mərakeş yığmasına 5:0 hesabı ilə qalib gəlib, növbəti oyunda isə İspaniya yığmasına məğlub olub – 2:4.

Beləliklə, 4 xal toplayan millimiz qrup mərhələsini ikinci pillədə başa vuraraq 1/8 final mərhələsinə vəsiqə qazanıb. Millimiz sentyabrın 22-də, yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 23 sentyabr, saat 02:30), Medellin şəhərindəki "Coliseo Ivan de Bedout" idman kompleksində Tayland yığması ilə qarşılaşacaq.

Komanda O Q B M V.Q B.Q TF Xal
İspaniya 3 3 0 0 9 6 7 9
Azərbaycan 3 1 1 1 7 7 3 4
İran 3 1 1 1 6 11 -2 4
Mərakeş 3 0 0 3 3 14 -8 0

Son xəbərlər

Orphus sistemi