Yuxarı

Azərbaycanın futzal yığması Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb
Komanda qrupun son oyununda Macarıstanı məğlub edib

Bakı. 11 aprel. REPORT.AZ/ Bu gün futzal üzrə Azərbaycan milli komandası 2018-ci il Avropa çempionatının əsas seçmə mərhələsində son oyununu keçirib.

“Report”un məlumatına görə, Biro Jadenin rəhbərlik etdiyi kollektiv "B" qrupunda 3-cü tur çərçivəsində Macarıstan yığması ilə üz-üzə gəlib.

İlk matçında Bosniya və Herseqovina millisinə 5:4, ardınca Albaniya kollektivinə 5:0 hesabı ilə qalib gələn Azərbaycan yığması, yenə azarkeşləri sevindirib və ardıcıl 5-ci dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Macarıstan – Azərbaycan 1:6

Qollar: Zoltan Drot, 2 - Teles Martins Tyaqo, 12. Eduardo Mello Borges, 17. Fineo de Araujo, 22. Fineo de Araujo, 25; 34. İsa Atayev, 36

Hakimlər: Timo Onatsu (Finlandiya), Borislav Kolev (Bolqarıstan), Costas Nicolaou (Kipr)

UEFA nümayəndəsi: Sergey Lisençuk (Ukrayna)

Hakim-inspektor: İvan Novak (Xorvatiya)

Bakı İdman Sarayı

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi