Azərbaycanın futzal millisi DÇ-2016-nın 1/4 final mərhələsinə yüksəlib

Azərbaycanın futzal millisi DÇ-2016-nın 1/4 final mərhələsinə yüksəlib Komanda Tayland yığmasını 13:8 hesabı ilə məğlub edib
Futbol
23 Sentyabr , 2016 05:09
Azərbaycanın futzal millisi DÇ-2016-nın 1/4 final mərhələsinə yüksəlib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bu gecə futzal üzrə Azərbaycan millisi Kolumbiyada keçirilən dünya çempionatında 1/8 final oyununa çıxıb.

"Report" xəbər verir ki, komanda Tayland yığması ilə qarşılaşıb.

Oyunun əsas vaxtı 7:7 hesabı ilə yekunlaşdığı üçün qalib əlavə vaxtda müəyyənləşib. Əlavə vaxtda Azərbaycan yığması rəqibin qapısından 6 cavabsız qol keçirib və 13:8 hesablı qələbə sayəsində 1/4 finala yüksəlib.

Millimiz 1/4 final mərhələsində Portuqaliya yığması ilə qarşılaşacaq. Qarşılaşma sentyabrın 25-də, yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 26 sentyabr, saat 03:00) Kali şəhərindəki Coliseo El Pueblo İdman Kompleksində keçiriləcək.

Dünya çempionatı, 1/8 final oyunu

02:30. Tayland - Azərbaycan 8:13 (4:4, 3:3, əıavə vaxtda - 1:6)

Qollar: Sufavut Tueanklanq, 9; 13. Kritsada Vonqkaeo, 18; 19; 26. Jiravat Sornviçian, 22. Jetçada Çudeç, 37; 45 (hər ikisi penalti ilə) - Vassura, 4; 44. Fineo, 6; 13; 44; 48; 49. Vitali Borisov, 14. Bolinya, 28; 29; 41. Poletto, 31. Rövşən Hüseynli, 49 

Hakimlər: Fernando Qutyerres Lumbreras (İspaniya), Jianqiao Liu (Çin), Reks Kamusu (Solomon adaları).

Son xəbərlər

Orphus sistemi