Azərbaycanın futbol üzrə U-19 yığması Litvanı məğlub edib

Azərbaycanın futbol üzrə U-19 yığması Litvanı məğlub edib Komanda Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirib
Futbol
9 Oktyabr , 2016 20:40
Azərbaycanın futbol üzrə U-19 yığması Litvanı məğlub edib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandası Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirib.

"Report"un məlumatına görə, Litvada təşkil olunan qrup matçında rəqib meydan sahibləri olub.

Yunanıstanlı Georgios Kızasın idarə etdiyi qarşılaşma Nazim Süleymanovun baş məşqçisi olduğu komandanın qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 33-cü dəqiqədə Fərid Nəbiyev, 45+1-ci dəqiqədə isə Rövlan Muradov vurub.

Beləliklə, Azərbaycan yığması 5-ci qrupu 3 xalla 3-cü pillədə başa vurub. Avstriya 9 xalla 1-ci, Bosniya və Herseqovina 6 xalla 2-ci yeri tutub. Bütün oyunlarından məğlub ayrılan Litva isə qrup sonuncusu olub.

Son xəbərlər

Orphus sistemi