Azərbaycanın futbol hakimləri üçün seminar keçirilib

Azərbaycanın futbol hakimləri üçün seminar keçirilib AFFA-nın Hakimlər Komitəsinin təlimçiləri və İnkişaf qrupunda yer alan hakim və hakim köməkçiləri üçün seminar keçirilib.
Futbol
25 İyun , 2019 11:21
Azərbaycanın futbol hakimləri üçün seminar keçirilib

AFFA-nın Hakimlər Komitəsinin təlimçiləri və İnkişaf qrupunda yer alan hakim və hakim köməkçiləri üçün seminar keçirilib.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 3 gün davam edən seminara UEFA Hakimlər Komitəsinin üzvü Kiros Vassaras və AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik rəhbərlik edib.

Nəzəri və təcrübi biliklərin çatdırılması üçün müxtəlif üslublardan yararlanan seminar iştirakçılarına “Oyun Qaydaları”ndakı son dəyişikliklərlə bağlı məlumat verilib, onlar müxtəlif ölkələrin çempionat oyunlarından hazırlanmış videoları izləyib, müzakirələr aparıblar.

Seminarın sonunda fərqlənən Hakimlər Komitəsinin təlimçilərinə sertifikat verilib.

Son xəbərlər

Orphus sistemi