Bakı. 29 noyabr. REPORT.AZ/ FIFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.
"Report" xəbər verir ki, Azərbaycan millisi siyahıda mövqeyini qorusa da, 1 xal itirib. Hazırda komanda 1206 xalla 107-ci pillədə qərarlaşıb.
Hesabat dövründə
Digər rəqiblərə gəldikdə, Farer adaları 3 pillə geriləyərək 1238 xalla 98-ci pillədə qərarlaşıb. 1 pillə irəliləyən Malta millisi isə 926 xalla 182-cidir.
FIFA-nın reytinq siyahısında ilk "3-lük" dəyişməyib. Belçika 1727 xalla birinci, Fransa 1726 xalla ikinci, Braziliya isə 1676 xalla üçüncü yerdədir. Türkiyə yığması isə reytinqdə 1 pillə geriləyib. Qonşu ölkə 1443 xalla 39-cudur.