Azərbaycanın FİFA referisi UEFA-nın ən yaxşı hakimlər üçün təşkil etdiyi kursa dəvət alıb

Azərbaycanın FİFA referisi UEFA-nın ən yaxşı hakimlər üçün təşkil etdiyi kursa dəvət alıb Əliyar Ağayev kursda iştirak edəcək II kateqoriyalı 7 baş hakimdən biridir
Futbol
26 Yanvar , 2018 09:27
Azərbaycanın FİFA referisi UEFA-nın ən yaxşı hakimlər üçün təşkil etdiyi kursa dəvət alıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycanın FİFA referisi Əliyar Ağayev yanvarın 29-da Maltada ən yaxşı futbol hakimləri üçün start götürəcək kursa dəvət alıb.

"Report" xəbər verir ki, UEFA-nın 26-cı dəfə təşkil edəcəyi kursda Avropanın aparıcı baş hakimləri və yeni FİFA referiləri iştirak edəcəklər. Üç gün davam edəcək təlimlərə elit, I və II kateqoriyalara daxil olan 56 kişi və 21 qadın referi qatılacaq.

Qeyd edək ki, Əliyar Ağayev kursa dəvət alanlar arasında II kateqoriyadan olan 7 baş hakimdən biridir.

Son xəbərlər

Orphus sistemi