Yuxarı

Bakıdakı Avropa çempionatında Azərbaycan millisinin daha bir rəqibinin heyəti açıqlanıb

Şotlandiya yığması 5 hücumçu ilə gəlir

Bakı. 22 aprel. REPORT.AZ/ 17 yaşadək futbolçular arasında Bakıda keçiriləcək Avropa çempionatında Azərbaycan millisi ilə eyni qrupda yer alan Şotlandiya yığmasının heyəti açıqlanıb. "Report"un Şotlandiya Futbol Assosiasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Skot Qemmil Bakıya 18 oyunçu gətirəcək.

Yekun siyahıda 2 qapıçı, 5 müdafiəçi, 6 yarımmüdafiəçi və 5 hücumçu yer alıb:

Qapıçılar: Aydan MakAdams ("Seltik"), Kiran Rayt ("Reyncers")

Müdafiəçilər: Daniel Baur ("Harts"), Den Meredit ("Vest Bromviç", İngiltərə), Toni Qallaxer ("Falkirk"), Liam Heqarti ("Middlsbro", İngiltərə) Aydan Uilson ("Reyncers")

Yarımmüdafiəçilər: Freyser Hornbi ("Everton", İngiltərə), Liam Bart ("Reyncers"), Kayl MakAllister ("Sent Mirren"), Cordan Holsqrouv ("Ridinq", İngiltərə), Cek Tomson ("Reyncers"), Brok Vatson ("Seltik")

Hücumçular: Zak Rudden ("Reyncers"), Cek Aytçison ("Seltik"), Lüis Morrison ("Kilmarnok"), Konnor MakLennan ("Aberdin"), Cek Adamson ("Reyncers").

Qeyd edək ki, Şotlandiya yığması Avropa çempionatında ilk oyununu Belçikaya qarşı keçirəcək. Mayın 5-də "Bakcell Arena"da baş tutacaq görüş saat 19:00-da başlanacaq. Mayın 8-də saat 15:30-da Portuqaliya - Şotlandiya matçı "Dalğa Arena"da, mayın 11-də saat 16:00-da isə Şotlandiya - Azərbaycan qarşılaşması "Bakcell Arena"da olacaq.
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi