Yuxarı
    Bağlamaq

    Azərbaycanın daha bir klubunun hazırlıq planı müəyyənləşib

    Zirə Bolqarıstan klubu ilə üz-üzə gələcək

    Bakı. 5 yanvar. REPORT.AZ/ “Zirə” futbol komandası Azərbaycan Premyer Liqasının ikinci hissəsinə hazırlığa start verib. 

    "Report"un məlumatına görə, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında ilk məşqinə Zirə İdman Kompleksinin stadionunda çıxıb. 

    “Qartallar” yanvarın 9-dan etibarən məşqlərin sayını artırmaqla, gündə iki dəfə hazırlıq keçəcək. Yanvarın 14-də əvəzedici heyətə qarşı keçiriləcək yoxlama oyunundan (saat 14:00) sonra komanda birgünlük istirahətə buraxılacaq.

    Yanvarın 16-da isə "Zirə" hazırlıq mərhələsinin ikinci hissəsi üçün Türkiyənin Antalya bölgəsinə yola düşəcək. Komanda qardaş ölkədə iki yoxlama oyununda qüvvəsini sınayacaq. Yanvarın 22-də “qartallar” Bolqarıstanın “Lokomotiv” (Qorna) klubu ilə üz-üzə gələcək. Yanvarın 18-də keçirilməsi planlaşdırılan yoxlama oyunu üçün isə rəqibin adı yaxın günlərdə məlum olacaq.

    Azərbaycan təmsilçisi Türkiyədən yanvarın 23-də dönəcək. Bundan sonra iki gün istirahət edəcək “qartallar” ardından Premyer Liqanın AZAL-la oyununa hazırlığa start verəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi